Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Fevralın son gününə olan hava proqnozu açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fevralın son gününə olan hava proqnozu açıqlandı

Fevralın 29-na gözlənilən hava şəraiti açıqlanıb.

 

Reklam_3_11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 29-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Səhər bəzi yerlərdə duman olacaq. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

 

Azərbaycanın rayonlarında fevralın 29-da hava əsasən yağmursuz keçəcək.

 

Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

 

Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq . Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 13-18, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

 

Fevralın 29-da Abşeron yarımadasında gündüz saatlarında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

28.02.2020 10:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ