Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Əhalinin banklardakı əmanətləri 3 aydır azalır - 223 MİLYON GERİ GÖTÜRÜLDÜ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əhalinin banklardakı əmanətləri 3 aydır azalır - 223 MİLYON GERİ GÖTÜRÜLDÜ

2020-ci ilin Yanvar ayında əhalinin banklardakı əmanətləri 49,4 milyon manat da azalıb. Son 3 ayda əhalinin əmanətlərindəki azalma 222,6 milyon manata çatıb.

 

Marja Mərkəzi Banka istinadən xəbər verir ki, 01 Fevral 2020-ci il tarixində əhalinin əmanətləri 8 milyard 588,5 milyon manat təşkil edib. 01 Yanvar 2020-ci il tarixində əhalinin əmanətləri 8 milyard 637,9 milyon manat təşkil etmişdi.

 

01 Noyabr 2019-cu il tarixində əhalinin əmanətləri 8 milyard 811,1 milyon manata çatmışdı. Əhalinin əmanətləri Noyabr ayında 129.6 milyon manat azalaraq 01 Dekabr 2019-cu il tarixində 8 milyard 681,5 milyon manata, Dekabr ayında isə 43.6 milyon manat azalaraq 01 Yanvar 2020-ci il tarixində 8 milyard 637,9 milyon manata geriləmişdi.

 

Qeyd edək ki, hazarda bir sıra banklarda izafi likvidlik yaranıb. Banklar cəlb etdikləri vəsaitləri kredit şəkilində sata bilmədiklərindən əmanət qəbulunda maraqlı deyillər. Faizlərin aşağı düşməsi əhalinin də bank əmanətlərinə marağını azaldır.

 

Əhalinin əmanətləri

2020-ci il

 
Tarix                 Dəyər
01.02.2020     8588.5
01.01.2020     8637.9

2019-cu il

01.12.2019     8681.5
01.11.2019     8811.1
01.10.2019     8605.3
01.10.2019     8605.3
01.09.2019     8561,8
01.08.2019     8580.0
01.07.2019     8736.3
01.06.2019     8622.9
01.05.2019     8715.0
01.04.2019     8339.1
01.03.2019     8214.0
01.02.2019     8075.9
01.01.2019     8375.4

28.02.2020 10:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ