Mobil manşet üstü reklam-3_21

“Səhmdar gəlir istəyir, bəlkə bu il dividend ödədik” – BANK SƏDRİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Səhmdar gəlir istəyir, bəlkə bu il dividend ödədik” – BANK SƏDRİ

Unibank-ın 2020-ci ili təxminən 25 milyon manat civarında xalis mənfəət ilə başa vuracağı proqnozlaşdırılır.

 

Marja xəbər verir ki, bunu jurnalistlərə Unibankın İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib. 


“Alınsa, bəlkə bu il 2020-ci ilin yekunları üzrə dividend ödədik. Səhmdar da qazanc götürmək istəyir. 2020-ci ilin sonuna 25 milyon ətrafında xalis mənfəət gözləyirik”,- Faiq Hüseynov deyib. 


Xəbər verdiyimiz kimi, Unibank 2019-cu ili (İFRS üzrə) 78 milyon 567 min manat xalis mənfəət ilə başa vurub. Bankın sədri 2019-cu illə müqayisədə 2020-ci ildə xalis mənfəətin fərqli olacağını belə şərh edib: “2019-cu ildə Unibankın xalis mənfəəti xeyli yüksək oldu, çünki “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident Fərmanı icra edildi. Fərmanın icrası ilə problemli kreditlər ödənildi və bu kreditlərə görə yaradılmış ehtiyatlar qayıtdığından, mənfəət onun hesabına yüksək oldu. Bu il isə təbii ki, ötən ilki kimi yüksək mənfəət gözləmirik”. 


“İNDİ KAPİTALIMIZ 140 MİLYON MANATDAN ÇOXDUR”

 

Faiq Hüseynov əlavə edib ki, hazırda Unibankın məcmu kapitalı (İFRS üzrə)140 milyon  manatdan çoxdur.

28.02.2020 12:28

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ