"Apteklərdə satılan maskaların qoruyuculuğu yoxdur"
TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev bu gün keçirilən mətbuat konfransında çıxış edib.
O deyib ki, apteklərdə satılan maskaların qoruyuculuğu yoxdur:
"Təkcə koronavirusa aid deyil, bütün respirator xəstəliklərdə xəstə adam maska taxmalıdır. Sağlam adamın isə maska taxmasına ehtiyac yoxdur. Bu maskalar o qədər qoruyucu deyil, xəstə adam maska taxmalıdır ki, virusun yayılmasının qarşısını alır. Xəstəxanalarda tibb işçiləri üçün qoruyuculuğu yüksək olan xüsusi maskalar var, bu isə apteklərdə satılmır".
Bu gün İrandan qayıdan 23 yaşlı Rusiya vətəndaşında Astara sərhəd-keçid məntəqəsi keçən zaman koronavirus aşkarlanıb. Koronavirus aşkarlanan şəxs dərhal karantin məntəqəsinə aparılıb. O, xüsusi boks şəraitində saxlanılır. Məlumata görə, həmin şəxsin durumu stabildir, vəziyyətində ağırlaşma yoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat əvvəl
-
2 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
3 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 3 saat əvvəl
-
4 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl