Mobil manşet üstü reklam_21

"Apteklərdə satılan maskaların qoruyuculuğu yoxdur"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Apteklərdə satılan maskaların qoruyuculuğu yoxdur"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev bu gün keçirilən mətbuat konfransında çıxış edib.

 

O deyib ki, apteklərdə satılan maskaların qoruyuculuğu yoxdur:

 

"Təkcə koronavirusa aid deyil, bütün respirator xəstəliklərdə xəstə adam maska taxmalıdır.  Sağlam adamın isə maska taxmasına ehtiyac yoxdur. Bu maskalar o qədər qoruyucu deyil, xəstə adam maska taxmalıdır ki, virusun yayılmasının qarşısını alır. Xəstəxanalarda tibb işçiləri üçün qoruyuculuğu yüksək olan xüsusi maskalar var, bu isə apteklərdə satılmır".

 

Bu gün İrandan qayıdan 23 yaşlı Rusiya vətəndaşında Astara sərhəd-keçid məntəqəsi keçən zaman koronavirus aşkarlanıb. Koronavirus aşkarlanan şəxs dərhal karantin məntəqəsinə aparılıb. O, xüsusi boks şəraitində saxlanılır. Məlumata görə, həmin şəxsin durumu stabildir, vəziyyətində ağırlaşma yoxdur.

28.02.2020 15:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ