Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Fond kirayə mənzillərin sayını artırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fond kirayə mənzillərin sayını artırdı

Məlum olduğu kimi, bu gündən İpoteka və Kredit Zəmanət Fondunun (Fond) yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə elektron kabinetin yaradılması və elektron müraciətlərin formalaşdırılması prosesinə başlanılıb.

 

Fonddan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, gün ərzində artıq 3000-dək vətəndaş elektron kabinetin yaradılması üçün müraciət edib və hazırda proses davam edir.

 

Eyni zamanda, Fondun vətəndaşlara satmaq öhdəliyi ilə kirayə təklif etdiyi yaşayış sahələrinin siyahısı genişləndirilib:

 

"Vətəndaşların nəzərinə çatdırırıq ki, ilkin mərhələdə Fond tərəfindən vətəndaşlara 331 mənzil kirayə təklif olunurdu. Hazırda kirayə mənzillərin sayı artırılaraq 530-a çatdırılıb. Əhalinin tələbini nəzərə alaraq Fond tərəfindən mənzil fondunun formalaşdırılması davam etdirilir".

 

Kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış olmaq mümkündür.

 

Xatırladaq ki, “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə yaşayış sahəsini seçmək imkanı yalnız Fond tərəfindən müraciətə baxıldıqdan və razılıq barədə qərarın qəbul edilməsindən sonra yaranır.

 

Eyni zamanda, kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

28.02.2020 15:29

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ