TƏBİB-də 24 saat işləyən "Qaynar xətt" yaradılıb

 "Qaynar xətt"in nömrəsi 1542-dir


 

"İnsanları çağırırıq ki, sosial şəbəkələrdə ajiotaj yaratmasınlar. İrandan və digər ölkələrdən gələnləri yoxlayanlar xüsusi geyimdə olurlar, bu görüntüləri "koronavirus var" deyə yaymaq ajiotaj yaradır".

 

Bunu TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib: "Biz daim rəsmi məlumatlar açıqlayacağıq. Bu görüntüləri yaymazdan əvvəl bizimlə əlaqə saxlayın, mütəxəssislərdən dəqiq öyrənib məlumat verək".

 

R. Əliyeva deyib ki, TƏBİB-in 24 saat fəaliyyət göstərən "Qaynar xətt"i fəaliyyətə başlayıb. "Qaynar xətt"in nömrəsi 1542-dir: "Hansısa vətəndaş özündə koronavirusla bağlı şübhə və ya digər əlamətləri hiss edərsə, dərhal bu nömrə ilə əlaqə saxlasın".

28 Fevral 2020 , 18:37   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin