"Putinə də söylədim: bizim önümüzdən çəkilin"

"Təxminən 4 milyon insan Bəşər Əsəd rejiminin qanlı hücumları ilə əlaqədar sərhədlərimizə doğru hərəkətə keçmişdir. 1,5 milyonu bu anda sərhədimizdədir".

 

Marja xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb TAyyib Ərdoğan bildirib.

 

Ərdoğan "3,7 milyon usriyalını ölkəmizdə saxlayırıq, yeni bir köç dalğasının öhdəsindən gələ biləcək vəziyyətdə deyilik" deyərək sözlərinə belə davam edib:

 

"Bizim nə neft, nə orada torpaq dərdimiz var, bir etibarlı bölgə ilə sərhədlərimizi təminat altına almaq istəyirik. Biz oraya Əsədin dəvəti ilə getmədik. Biz oraya Suriya xalqının dəvəti ilə getdik. Suriya xalqı "tamam bu iş bitdi" demədən bizim oradan çıxmaq niyyətimiz də yoxdur.

 

Hörmətli Putinə də söylədim. Sizin orada nə işiniz var? Əgər siz hərbi baza quracaqsınızsa, yenə qurun, amma orada bizim önümüzdən çəkilin".

 

Ərdoğan İdlibdə Türkiyənin şəhid sayının 36-a çtdığını bildirib.

 

"ŞƏHİDLƏRİMİZİN QANINI YERDƏ QOYMARIQ"

 

Ərdoğan, "Əsl hədəf Suriya deyil, Türkiyədir. Suriyada istədiklərini alanlar, lülələri dərhal Türkiyəyə çevirəcəklər.

 

İdlib hərəkatımızda əvvəlki gün vermiş olduğumuz şəhid sayı 34, daha sonra 36-ya çıxdı.  

 

Şəhidlərimizin qanlarını yerdə qoymarıq. Bu ana qədər 2 min 100-ün üzərində rejim ünsürü öldürülüb, 300-ə yaxın texnikası məhv edilmişdir. Dünən axşam 7 kimyəvi məhsulların olduğu anbar partladılmışdır. İşin bu nöqtəyə gəlməsini əsla arzu etməzdik. Amma madam ki, özləri bizi buna məcbur etdilər, nəticələrinə də dözəcəklər",- deyib.

29 Fevral 2020 , 13:21   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin