Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda koronavirus aşkarlanan şəxslərin sayı 3-ə çatdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda koronavirus aşkarlanan şəxslərin sayı 3-ə çatdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nazirlər Kabineti yanında operativ qərargah koronavirus şübhəsi ilə karantində olan şəxslər barədə növbəti dəfə məlumat yayıb.

 

Operativ qərargahdan bildirilib ki, İran İslam Respublikasından qayıdan iki Azərbaycan vətəndaşında koronavirus xəstəliyinin əlamətləri müşahidə edilib. 

 

Müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr nəticəsində onlarda koronavirusa yoluxma faktı qeydə alınıb.

 

Hazırda pasiyentlərin müalicəsi aparılır, onların vəziyyəti sabitdir.

 

Digər yoluxma hallarının aşkarlanması ilə bağlı həmin xəstələrin kontaktlarının müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər görülür.

 

Bununla da Azərbaycanda koronavirusa yoluxma faktı təsdiqlənən şəxslərin sayı 3-ə çatıb. Xatırladaq ki, Azərbaycanda koronavirus aşkarlanan ilk şəxs 1997-ci il təvəllüdlüdür. O, Rusiya vətəndaşıdır. 

 

Azərbaycanda koronavirus aşkarlanan şəxslərin təvəllüdləri məlum olub.

 

Məlumata görə, 17.06.1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşı fevralın 26-da xəstəxanaya daxil olub. Həmin şəxs 1 gün Tehranda, 3 gün isə Təbrizdə səfərdə olub.

 

Digər 29.04.1998-ci il təvəllüdlü şəxs də həmin, yəni fevralın 26-da xəstəxanaya daxil olub və Qum şəhərindən gəlib.

29.02.2020 12:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ