Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

AZAL geri addım atdı - Bakı-Tehran reysinə məhdudiyyət tətbiq etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL geri addım atdı - Bakı-Tehran reysinə məhdudiyyət tətbiq etdi

AZAL Azərbaycan vətəndaşlarını Tehrana daşımayacaq 


 

Reklam_3_11

Mövcud epidemioloji vəziyyətlə əlaqədar "Azərbaycan Hava Yolları" QSC (AZAL) İrana və İrandan olan reyslərə bir sıra məhdudiyyətlər tətbiq edir. 

 

Bu barədə AZAL-ın açıqlamasında bildirilir. 

 

Məlumatda deyilir ki, bu gündən aviaşirkətin aşağıbüdcəli törəməsi "Buta Airways"in Tehran-Bakı istiqaməti üzrə yerinə yetirilən reyslərinə yalnız Azərbaycan vətəndaşları, Bakı-Tehran reyslərinə isə yalnız İran vətəndaşları buraxılacaq.

 

Yuxarıda qeyd olunan meyarlara cavab verməyən sərnişinlər aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edə, onlayn alındığı təqdirdə isə aviaşirkətin 24 saat işləyən çağrı mərkəzi - [email protected] ilə əlaqə saxlaya bilər. 

 

Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirib, bu istiqamətdə əlavə tədbirlər görüb.

 

24 favralda “Azərbaycan Hava Yolları” bildirmişdi ki, “Buta Airways” aviaşirkəti hazırda İran istiqamətində yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.

 

“O cümlədən, aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır. Həmçinin bildirmək istəyirəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda və Azərbaycanın digər hava limanlarında “İran Air” aviaşirkəti tərəfindən yerinə yetirilən reyslərə heç bir məhdudiyyət tətbiq olunmayacaq”, - AZAL prezidenti Cahangir Əsgərov bildirmişdi.

29.02.2020 12:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ