Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

NBC Bank böyüməyə başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
NBC Bank böyüməyə başlayıb

NBC Bank ASC 2017-ci ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, ilk 3 ayda Bankın cəmi gəlirləri 4 milyon 441 min manat, o cümlədən faiz gəlirləri 3  milyon 541 min manat, qeyri-faiz gəlirləri 900 min manat təşkil edib. Faiz və qeyri-faiz xərcləri isə 3 milyon 334 min manat olduğundan Bank ilk rübü 1 milyon 107 min manat əməliyyat mənfəəti ilə başa vurub. Bank əməliyyat mənfəətini aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına yönəltdiyindən, 80.5 min manatlıq zərər yaranıb. Qeyd edək ki, ehtiyatlar "bufer" rolunu oynayır və belə ayırmalar Bankı gücləndirir. Bankın əməliyyat mənfəətini xalis mənfəətə deyil, depzoit və kreditlər üzrə baş verə biləcək itkilərə görə ehtiyatlara ayırması müsbət haldır.

 

AKTİVLƏRİ ARTIB

 

NBC Bank 31 Mart 2017-ci il tarixinə 165 milyon 268 min manat cəmi aktivlərə, 111 milyon 937 min manat cəmi öhdəliklərə, 53 milyon 331 min manat cəmi kapitala malik olub. Bank 2016-cı ilin sonunda 158 milyon 970 min manat cəmi aktivlərə, 106 milyon 31 min manat cəmi öhdəliklərə, 52 milyon 939 min manat cəmi kapitala malik idi.

 

Birinci rübdə Bankın kredit portfeli 120 milyon 975 min manatdan 126 milyon 264 min manata yüksəlib. Bankda depozitlər isə 67 milyon 598 min manatdan 71 milyon 642 min manata qalxıb.

11.04.2017 07:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ