Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Lökbatandakı evlərə və torpaq sahələrinə "kupça" veriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Lökbatandakı evlərə və torpaq sahələrinə "kupça" veriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Daşınmaz əmlakın qeydiyyatı xidmətlərində əlçatanlığın və mülkiyyət hüquqlarının geniş təminatı məqsədilə mart ayı ərzində səyyar kampaniya Bakı şəhərinin kənd və qəsəbələrində keçiriləcək.

 

Reklam_3_11

Müxtəlif səbəblərdən ərazi ofislərinə müraciət edə bilməyən şəxslər “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində qeydiyyat xidmətindən birbaşa ünvanlarında yararlana biləcəklər.

 

Səyyar xidmət 2-6 mart tarixlərində Qaradağ rayonu, Lökbatan qəsəbəsində təşkil ediləcək. Sakinlərin xidmətdən çevik və rahat istifadəsinə imkan yaradan mobil qeydiyyat ofisi Lökbatan qəsəbəsi, 28 May və Nizami küçələrinin kəsişməsində (125 N-li avtobusun son dayanacağı) olacaq.

 

Daşınmaz əmlakın səyyar qeydiyyatı Lökbatan qəsəbindəki fərdi yaşayış evlərini, torpaq sahələrini, qeyri-yaşayış sahələrini əhatə edəcək.

 

Xidmətdən istifadə etmək istəyənlər daşınmaz əmlak qeydiyyatı üzrə sənədlərin qəbulu, hüquqi yardımın göstərilməsi və suallarının cavablandırılması üçün saat 10:00-dan 17:00-dək səyyar ofisə müraciət edə bilərlər.

02.03.2020 07:33

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ