Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Daha bir şəhərdə “KOB Dostu” fəaliyyətə başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha bir şəhərdə “KOB Dostu” fəaliyyətə başladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) mikro, kiçik və orta sahibkarlardan daxil olan müraciətlər və regionun biznes potensialı nəzərə alınaraq növbəti Kiçik və Orta Biznes Dostu (“KOB Dostu”) Mingəçevir şəhərində fəaliyyətə başlayıb.

 

Reklam_3_11

Bununla bağlı martın 2-də KOBİA-nın təşkilatçılığı, Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi, eləcə də regionda fəaliyyət göstərən sahibkarların və onlara xidmət göstərən dövlət qurumlarının iştirakı ilə tədbir keçirilib.

 

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, KOB-lara dəstək məqsədilə həyata keçirilən tədbirlər, o cümlədən “KOB Dostu” mexanizmi barədə məlumat verib. Qeyd olunub ki, KOB dostları tərəfindən regionlarda mikro, kiçik və orta sahibkarlara biznesin qurulması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün müxtəlif dəstək və xidmətlər göstərilir, KOB maraqlarının müdafiəsi istiqamətində tədbirlər həyata keçirilir. “KOB Dostu” ilə fəal əməkdaşlıq Mingəçevirdə və ətraf rayonlarda yeni biznes sahələrinin yaradılması, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, məşğulluğun artırılması, KOB-ların bilik və bacarıqlarının, məlumatlılıq səviyyəsinin yüksəldilməsi, maraqlarının müdafiəsi baxımından əhəmiyyətlidir. Mingəçevirdə fəaliyyətə başlayan "KOB Dostu" sayca 23-dür.

 

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov rayonun sosial-iqtisadi inkişafı, rayonda sahibkarlıq fəaliyyəti barədə məlumat verib, “KOB Dostu”nun sahibkarlar və biznesə yeni başlayanlar üçün faydalı dəstək mexanizmi olacağını vurğulayıb.

 

Sonra tədbir iştirakçıları Mingəçevir Gənclər Evində fəaliyyət göstərəcək “KOB Dostu”nun ofisi ilə tanış olublar. Məlumat verilib ki, burada sahibkarların müraciətlərinin qəbulu, onlara dövlət dəstəyi mexanizmləri çərçivəsində informasiya, məsləhət, maarifləndirmə, təlim-tədris və s. xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. Mingəçevir “KOB Dostu” ofisində də “KOB könüllüləri”nin fəaliyyəti nəzərdə tutulur.

02.03.2020 10:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ