Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Gənclik” ASC-nin müşahidə şurasının tərkibinə baxılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Gənclik” ASC-nin müşahidə şurasının tərkibinə baxılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İdman-sağlamlıq kompleksini idarə edən “Gənclik” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

 

Marja ASC-nin elanına istinadən xəbər verir ki, 17 aprel 2020-ci il tarixində keçiriləcək yığıncağın gündəlikdəki məsələlər aşağıdakılardır:

 

1. 2019-cu ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə müfəttişin hesabatı.

 

2. Cəmiyyətin 2019-cu maliyyə-təsərrüfat ilinin nəticələrinin və 2019-cu il üzrə illik maliyyə hesabatının müzakirəsi və təsdiqi.

 

3. Təşkilati məsələ (müşahidə şurasının tərkibinə baxılması və müfəttişin yenidən seçilməsi).

 

4. Sair məsələlər.

 

Ümumi yığıncağın gündəliyi üzrə materiallarla tanışlıq üçün 2020-ci il aprelin 1-dən sonra cəmiyyətin direktoruna müraciət etmək olar. Səhmdarlar ümumi yığıncağa gələrkən şəxsiyyəti təsdiq edən sənədi özlərilə götürməlidirlər.

 

Yığıncaq cəmiyyətin yerləşdiyi Bakı şəhəri,Olimpiya küçəsi 6 nömrəli ünvanda keçiriləcəkdir.

 

“Gənclik”  idman kompleksi 1999-cu ilin iyun ayından istifadəyə verilmişdir. Kompleksinin tərkibinə bağlı üzgüçülük hovuzu (25x10), trenajor zalı, sauna, 400 oturacaq yerli bağlı mini-futbol zalı, açıq mini-futbol meydançası, üç açıq və üç bağlı tennis kortları da daxildir. Bundan başqa idman kompleksi duşxanalar, geyinib-soyunma otaqları və istirahət otağı ilə təchiz olunub.

03.03.2020 04:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ