Gəncədə yaşayış binalarının tikintisi üçün 2 şirkətə 16 milyon manat ayrıldı
Mənzil İnşaatı Dövlət Agentliyinə tabe olan “MİDA” MMC “HN Construction” MMC və “Hünər İnşaat” Firması ilə ümumi məbləği 16 milyon 442 min 546 manat olan müqavilələr bağlayıb.
Marja xəbər verir ki, “Hünər İnşaat” Firması ilə bağlanmış müqavilənin məbləği 9 milyon 579 min 939 manatdır. Müqavilə "Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə 10, 11 və 12 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisini" nəzərdə tutur.
"HN Construction" MMC ilə bağlanmış müqavilənin məbləği isə 6 milyon 862 min 607 manatdır. Bu müqavilə Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə 1170 şagird yerlik orta məktəb binasının tikintisi və avadanlıqlarla təchiz edilməsini nəzərdə tutur.
Ötən Noyabr ayında “MİDA” MMC Gəncə şəhərində yaşayış kompleksinin tikintisi ilə əlaqədar 2 lot üzrə açıq tender elan etmişdi. Lot-1 "10, 11 və 12 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisi"ni, Lot-2 isə 1170 şagird yerlik orta məktəb binasının tikintisi və avadanlıqlarla təchiz edilməsini nəzərdə tuturdu.
Xəbər verdiymiz kimi, güzəştli mənzil sistemi çərçivəsində Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksi tikiləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 20 d. əvvəl
- 31 d. əvvəl
-
1 saat əvvəl
Unibank biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır
-
1 saat əvvəl
Bank təsərrüfat mallarının təchizatı ilə əlaqədar tender elan edir
-
2 saat əvvəl
İki ayda Azərbaycan banklarının xalis mənfəəti 210 milyon manata çatıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Park Yasamal"da sərfəli qiymətlərlə mənzil satışı davam edir
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Xarici və yerli şirkətlər bürokratik əngəl olmadan məhsullarını fermerlərə təklif edə bilər"
-
5 saat əvvəl
Avtomobilin dəyərinin 70 faizinədək cərimənin hansı halda tətbiq olunacağına aydınlıq gətirilib