Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Satınalmalar çoxlu nöqsanlar içində!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Satınalmalar çoxlu nöqsanlar içində!

Təhlillər göstərir ki, qurumlar tərəfindən satınalmaların həyata keçirilməsi zamanı ən çox yol verilən nöqsanlar satın alınan malların (iş və xidmətlərin) ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsi, tenderdə iştirak edən iddiaçıdan zəruri sənədlərin alınmaması, bank təminatı alınmadan avansın ödənilməsi, xüsusilə satınalma metodları tətbiq edilmədən və satınalma metodunun dəyişdirilməsi kimi nöqsanlardır.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, bu barədə Hesablama Palatasının 2016-cı il üzrə hesabatında deyilir.
 

Aparılmış təhlillər nəticəsində müəyyən olunub ki, audit olunan qurumlar tərəfindən 149 halda ehtimal olunan qiymət düzgün müəyyən edilməyib, 118 halda tenderdə iştirak haqqı alınmayıb, 86 halda tender komissiyasının fəaliyyəti müəyyən olunmuş qaydalara uyğun olmayıb (məsələn, komissiyanın tərkibi müvafiq qaydada formalaşdırılmayıb, zəruri hesabatlar tərtib edilməyib və s.), 171 halda iddiaçı kimi çıxış edən podratçılardan maliyyə vəziyyəti barədə sənədlər alınmayıb, 107 halda podratçının ixtisas göstəricilərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsində müəyyən olunmuş tələblərə riayət edilməyib, 73 halda tender, təkliflər və kotirovka sorğusu barədə elanlar və nəticələr müəyyən edilmiş qaydada açıqlanmayıb, həmçinin müvafiq icra hakimiyyəti orqanının internet səhifəsində tələb olunan vaxtda və ya heç yerləşdirilməyib, 11 halda tender qalibi ilə müqavilə imzalanmayıb və 121 halda müqavilənin predmet və qiymətinin dəyişdirilməsinə yol verilib.

 

DÖVLƏT SATINALMALARI KEÇİRİLƏN ZAMAN QURUMLAR TƏRƏFİNDƏN YOL VERİLMİŞ ƏSAS NÖQSANLAR:

 

 

Nöqsanlar

Hal

Məbləğ (min AZN)

1

Tender qiymətindən baha satınalma

27

359,8

2

Bank zəmanəti alınmadan avans ödənilməsi

15

9460,2

3

Müqavilənin müvafiq qaydada tərtib edilməməsi

133

31949,6

4

Zərurət olmadan bir mənbədən satınalma metodunun tətbiqi

5

902,1

5

Satınalma prosedurları tam keçirilmədən bağlanmış müqavilələr

740

46744,5

6

İxtisas göstəriciləri uyğun olmayan podratçılarla müqavilələrin bağlanılması

136

25584,0

7

Açıq tender metodu istifadə edilməli olduğu halda digər metodlardan istifadə

67

23619,7

8

Məbləğ məhdudiyyətinin aradan qaldırmaq məqsədilə müvafiq xərc maddəsi üzrə il ərzində nəzərdə tutulmuş vəsaitin ayrı-ayrı müqavilələrə bölünməsi

391

15193,5

 

Cədvəldə əks olunmuş məlumatlara əlavə olaraq qeyd edək ki, "Azəriqaz" İB üzrə xarici valyuta ilə manat ifadəsində 57,2 mln. manat məbləğində satınalma "Dövlət satınalmaları haqqında" qanunda müəyyən edilməyən "seçmə qaydada müsabiqə" metodu tətbiq etməklə həyata keçirilib.

 

2016-cı ildə Hesablama Palatasının nəzarət tədbirləri malların (işlərin və xidmətlərin) alınmasına yönəldilmiş 1 mlrd. 525 mln. manat vəsaiti əhatə edib. 

11.04.2017 09:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ