Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Daha bir qlobal bank Fed-in faiz endiriminə gedəcəyi proqnozunu verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha bir qlobal bank Fed-in faiz endiriminə gedəcəyi proqnozunu verdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

JPMorgan Chase & Co., ABŞ Mərkəzi Bankının (Fed) Mart ayındakı yığıncağında ya da əvvəlində faizi 0,50 bənd aşağı sala biləcəyini nəzərdə tutur. 

 

Reklam_3_11

Marja xəbər verir ki, JPMorgan Chase & Co., koronavirusun ABŞ daxilində və dünyada yeni ölkələrə yayılması ilə, Fed-in Mart və Aprel aylarındakı yığıncaqlarında faiz endiriminə gedə biləcəyi və dünyanın ən böyük iqtisadiyyatı ABŞ-da iqtisadi artımın bu ilin ilk yarısında sıfır səviyyəsinə yaxınlaşa biləcəyi proqnozunu verib.

 

JPMorgan-ın Baş ABŞ iqtisadçısı Michael Feroli, Bazar ertəsi günkü hesabatında, Fed-in 17-18 Martdakı yığıncaqda ya da daha əvvəl faizi ehtimalla 0,50 bənd aşağı sala biləcəyini və Aprel ayındakı yığıncaqda da 0,25 bənd faiz endiriminə gedə biləcəyi təxminini verib.

 

Feroli, faizin bu il sıfır səviyyəsinə yaxınlaşma ehtimalının keçən həftəki səviyyəsi olan 33%-dən  50% ətrafına yüksəldiyini sözlərinə əlavə edib.

 

Fed-in faiz endiriminə gedəcəyinə dair proqnozlar hər ötən gün güclənir. Goldman Sachs Group Inc. dünən etdiyi qiymətləndirmədə Fed-in bu ay faizi 0,50 band aşağı salacağı proqnozunu verib. 

 

Fed sədri Jerome Powell Cümə günü şərhində, Fed-in iqtisadi artımı dəstəkləmək üçün "uyğun adım atacağını" söyləyib. 

 

Qeyd edək ki, hazırda Fed-in faizləri 1.50% - 1.75% aralığındadır. 

03.03.2020 06:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ