Azərbaycanlı alim ilk dəfə ekoloji kənd təsərrüfatı sahəsində laureat seçilib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin direktoru, kənd təsərrüfatı elmləri doktoru, professor Amin Babayev beynəlxalq “One World Award” (“Vahid Dünya Mükafatı”) müsabiqəsinin laureatı seçilib.
AMEA-dan bildirilib ki, alim son 20 ildə ekoloji kənd təsərrüfatı sahəsinin ölkəmizdə təşviqi və tətbiqinin elmi əsaslarının işlənilməsinə, hüquqi bazasının və informasiya-məlumat bankının yaradılmasına, həmçinin yüksəkixtisaslı kadrların hazırlığına verdiyi töhfələrə görə müsabiqənin ilkin qiymətləndirmə mərhələsində dünya üzrə seçilmiş beş laureat arasında yer alıb.
Müsabiqəni təşkil edən Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyası (IFOAM) və Almaniyanın “RAPUNZEL” şirkətinin nümayəndələri artıq ölkəmizdə səfərdədirlər. Qonaqlar aprelin 13-dək Bakı, Gəncə və Qaxda bir sıra görüşlər keçirəcək, alimin elmi və pedaqoji fəaliyyəti ilə tanış olacaqlar.
Müsabiqə qaliblərinin mükafatlandırma mərasimi bu ilin sentyabrında Almaniyada keçiriləcək.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 36 d. əvvəl
- 50 d. əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İndi Embafinans Biznes kreditləri Sizin biznesinizin inkişafında ən böyük yardımçınız olacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mərkəzi Bank dollara tələbin artmasının səbəblərini açıqlayıb