Mobil manşet üstü reklam_21

AccessBank-ın Baş sponsorluğu ilə “İdeya-2017” müsabiqəsi başa çatdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
AccessBank-ın Baş sponsorluğu ilə “İdeya-2017” müsabiqəsi başa çatdı

AccessBank-ın Baş sponsorluğu ilə “İdeya-2017” müsabiqəsi başa çatdı

 

Müsabiqənin qalibləri Bankın Baş ofisində mükafatlandırıldı

 

“Məktəb icmaları” layihəsi çərçivəsində keçirilən “İdeya-2017” müsabiqəsinin ilk üç yerin qalibləri AccessBank tərəfindən mükafatlandırılıb. Bank qaliblərin hər birinə balansında 500 manat məbləğində olan MyCard hədiyyə edib.  Bu barədə “Marja”ya AccessBank-dan bildirilib.

 

Müsabiqənin həyata keçirilməsində əsas məqsəd valideynlərin məktəblilərin həyatında daha fəal iştirakını təmin etməkdən ibarət idi. Müsabiqədə iştirak edən valideynlər məktəblilərin həyatını daha maraqlı və rəngarəng etmək məqsədi ilə müxtəlif layihə təqdim etməli idilər. Təqdim olunan layihələr içərisindən 10 qalib seçilib.

 

Qaliblərdən ilk üç yerin sahibinə “Məktəb İcmaları” layihəsinin baş tərəfdaşı olan “Accessbank”, digər yeddi yerə layiq görülənlərə isə “Sağlam Ailə” Tibb Mərkəzi və “Şərq-Qərb” Nəşriyyatı tərəfindən hədiyyələr təqdim olunub.

 

Xatırladaq ki, “Məktəb icmaları” layihəsi AR Təhsil Nazirliyinin təşəbbüsü ilə community.az portalı tərəfindən həyata keçirilir.  

19.12.2016 13:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ