Prezidentdən 15,8 milyon manatlıq sərəncam
Azərbaycan Prezidenti İlham əliyev "Tovuz rayonunun Əyyublu–Aran–Qovlar–Aşağı Quşçu–Koxanəbi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
Marja xəbər verir ki, Sərəncama əsasən, otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Əyyublu–Aran–Qovlar–Aşağı Quşçu–Koxanəbi avtomobil yolunun tikintisi məqsədilə 2020-ci il dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 15,8 milyon manat ayrılıb.
Prezidentin digər bir sərəncamı ilə, Tovuz rayonunun əhalisi 68296 nəfər olan 9 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 18 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə 2020-ci il dövlət büdcəsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 1,26 milyon manat ayrılıb.
Tovuz rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı
Sıra №-si | Yaşayış məntəqələri | Quyuların sayı, ədəd | Əhalinin sayı, nəfər |
| Abulbəyli kəndi | 1 | 3516 |
| Alakol kəndi | 3 | 4207 |
| Aşağı Quşçu kəndi | 1 | 10917 |
| Dönük Qırıqlı kəndi | 2 | 4040 |
| Düz Qırıqlı kəndi | 2 | 7084 |
| Əlibəyli kəndi | 1 | 4150 |
| Əyyublu kəndi | 3 | 11909 |
| Qovlar şəhəri | 4 | 15237 |
| Yuxarı Öysüzlü kəndi | 1 | 7236 |
Cəmi | 18 | 68 296 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
1 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 1 saat əvvəl
-
2 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 2 saat əvvəl
-
4 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 5 saat əvvəl
-
5 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
5 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir