Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Pula toxunmaqla koronavirusa yoluxmaq mümkündürmü?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pula toxunmaqla koronavirusa yoluxmaq mümkündürmü?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nağd ödənişlə bağlı tövsiyəsi Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələri sırasına daxil edilməyib.

 

Reklam_3_11

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva pul vasitəsilə koronavirusa yoluxmanın mümkünlüyünə aydınlıq gətirərkən deyib.

 

Onun sözlərinə görə, bütün hallarda ÜST-nin tövsiyələrinə riayət etməyə çalışırlar: “Hamı da bu tövsiyələrə riayət etsə, yaxşı olar”.

 

Kağız pullar vasitəsilə insanlara hər hansı bakteriyanın ötürülməsinə münasibət bildirən Y.Qarayeva vurğulayıb ki, əgər hər hansı obyekt daha çox insan əlinə dəyirsə, bu halda mikrobioloji çirklənmə baş verir: “Dəfələrlə qeyd etmişik ki, bu koronavirus növü ətraf mühitdə çox davamlı deyil və ətrafda olan əşyaların üzərindəki canlılığını itirir. Birinci tövsiyəmiz odur ki, istər pul, istərsə də digər əşyalara toxunduqdan sonra gigiyenik qaydalara əməl edib əlləri yumaq lazımdır”.

 

Baş infeksionist Cəlal İsayev isə əlavə edib ki, indiyədək pulun heç bir infeksiya mənbəyi kimi rolu olmayıb: “Bu sıraya mobil telefon və s. də aiddir. Pul vasitəsilə koronavirusa yoluxma ehtimalı yoxdur”.

 

© Report

05.03.2020 10:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ