Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Prezident Neftçalanın ən zəngin adamlardan birinin kim olduğunu açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Prezident Neftçalanın ən zəngin adamlardan birinin kim olduğunu açıqladı


"Neftçala rayonun ən zəngin insanlarından biri Mərkəzi Rayon Xəstəxanasının baş həkimidir". 

 

Marja xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən bildirib.


"Təsəvvür edin, rayonun ən zəngin insanlarından biri Mərkəzi Rayon Xəstəxanasının baş həkimidir. Onun varidatı haqqında indi hüquq mühafizə orqanları məlumat əldə ediblər. Bu adam nəyin hesabına varlanıb? Bu, biznesmendir? Yox. Bu, ixtiraçıdır? Yox. Buna böyük miras qalıb? Yox. Nəyin hesabına? Xəstələrin boğazından kəsilən pullar hesabına. Yazıq xəstələr məcbur olub bu tamahkar insanlara pul veriblər ki, öz sağlamlıqlarını təmin etsinlər. Ona görə bu yolla gedən hər bir adam bilməlidir ki, bunun axırı olacaq.",- İlham Əliyev deyib. 

 

Xəbər verdiymiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidovu həbs edib. 

05.03.2020 13:15

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ