Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bakıda 25-ci SOCAR istifadəyə verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda 25-ci SOCAR istifadəyə verildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Aprelin 11-də Bakının Nobel prospektində "SOCAR PETROLEUM" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məxsus ən yüksək standartlara cavab verən, SOCAR brendli yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

 

Reklam_3_11

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, bununla da respublikamızda SOCAR brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 25-ə çatıb. Bununla bağlı keçirilən tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak ediblər. R.Abdullayev Azərbaycan ərazisində SOCAR brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsinin aktiv şəkildə genişləndiyi qeyd edib, bunun ölkə əhalisinin sosial rifahının durmadan yaxşılaşdırılmasına xidmət etdiyini vurğulayıb. SOCAR-ın prezidenti və tədbir iştirakçıları yanacaqdoldurma məntəqəsində yaradılan şərait, YDM-in strukturu, burada tətbiq olunmuş elm və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən müasir avadanlıqlarla tanış olublar.

 

Bildirilib ki, yeni açılan məntəqədə nağdsız satış üçün POS-terminallar, “ASAN” ödəniş terminalı, son model Yaponiya istehsalı olan yanacaqpaylayıcı kolonkalar quraşdırılıb, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem kimi innovativ yeniliklər tətbiq edilib. “Super”, “Premium”, A-92 (benzin) və dizel tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək məntəqədə 5 yanacaqpaylayıcı kolonka quraşdırılıb, bununla da 8 kiçik avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşınının eyni vaxtda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. Məntəqədə 40 nəfər işçi çalışır.

 

R.Abdullayev “SOCAR PETROLEUM” QSC-nin kollektivini yeni YDM-in istifadəyə verilməsi münasibətilə təbrik edib, əməkdaşlara uğurlar arzulayıb, əmin olduğunu bildirib ki, QSC-nin əməkdaşları qarşıya qoyulan vəzifələri daha yüksək səviyyədə həyata keçirəcək, göstərilən etimadı doğruldacaqlar.

11.04.2017 12:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ