5 bankın depozit portfeli 1 milyard manatdan çoxdur
"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 5-nin bu il yanvarın 1-nə depozit portfeli 1 milyard manatdan çox olub.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (5 milyard 635 milyon 109 min manat), "PAŞA Bank" (3 milyard 585 milyon 524 min manat), "Kapital Bank" (3 milyard 235 milyon 996 min manat), "Xalq Bank" (1 milyard 714 milyon 934 min manat) və "Bank Respublika"dır (1 milyard 99 milyon 825 min manat).
Qalan 24 bankdan 17-də depozit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 6 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.
Azərbaycanda 9 bankın depozit portfeli azalıb
"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 9-nun bu il yanvarın 1-nə depozit portfeli illik müqayisədə az olub.
Bunlar "Bank Avrasiya", "Turan Bank", "Amrah Bank", "PAŞA Bank", "Azər-Türk Bank", "AGBank", "Rabitəbank", "Express Bank" və Pakistan Milli Bankının Bakı filialıdır. Ən az azalma "Bank Avrasiya"da (1,2%), ən çox azalma isə Pakistan bankında (70,5%) qeydə alınıb.
1 bankın - "Yapı Kredi Bank Azərbaycan"ın depozit portfeli demək olar ki, dəyişməyib.
Qalan 19 bankın depozit portfeli isə artıb. Ən yüksək dinamika "AFB Bank"da (87,9%), ən aşağı dinamika isə "Bank VTB Azərbaycan"da (0,4%) qeydə alınıb.
® "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
9 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
9 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 9 saat əvvəl
-
10 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 10 saat əvvəl
-
12 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 12 saat əvvəl
-
13 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
13 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir