Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dünya Bankı Azərbaycana 100 milyon dollar ayırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünya Bankı Azərbaycana 100 milyon dollar ayırdı

Dünya Bankı Azərbaycanda məşğulluğun dəstəklənməsi layihəsi çərçivəsində Azərbaycana 100 mln ABŞ dollar civarında kredit ayırıb. 

 

Reklam_3_11

Bu barədə qurumun Direktorlar Şurasının ötən gün keçirilən iclasında qərar qəbul olunub.

 

Məlumata görə, kredit 14 illik verilir və ilk 4 il güzəşt müddətidir.

 

Adıçəkilən layihə ilə bağlı fikirlərini bölüşən Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi deyib ki, bu, Azərbaycan üçün əhəmiyyətli layihədir və cəmiyyətin həssas təbəqələrini əhatə edir: “Bu layihə ən çox əmək bazarından kənarda qalanlara kömək etmək, yoxsulluğun azaldılması və daha əhatəli iqtisadi böyümənin təmin edilməsinə yardım göstərəcək”.

 

Açıqlamada deyilir ki, layihənin maliyyələşməsi nəticəsində hər il əlavə olaraq 5 000 nəfərin əmək şəraiti yaxşılaşacaq.

 

“Azərbaycan özünə məşğulluğun təşviqi ilə əməkhaqqının rəsmiləşdirilməsi ilə bağlı maneələri aradan qaldırmaq əzmindədir”, - layihə üzrə rəhbərlərdən olan Maddalena Honorati deyib.

 

Onun sözlərinə görə, bu layihə özünə məşğulluq proqramını tamamlayır və bir sıra ölkələrdə sınaqdan keçirilib: "Gözlənilir ki, səmərəliliyini və təsirini genişləndirsin".

 

© Report

06.03.2020 07:29

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ