Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İlkin səhm və istiqrazlar bazarı çöküb - SIFIR SƏVİYYƏYƏ DÜŞÜB

iç səhifə xəbər başlığı altı (mobil)_31
İlkin səhm və istiqrazlar bazarı çöküb - SIFIR SƏVİYYƏYƏ DÜŞÜB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2020-ci ilin ilk 2 ayında Bakı Fond Birjasında korporativ qiymətli kağızlar üzrə ilkin bazarda əməliyyat qeydə alınmayıb.

 

Marja Birjaya istinadən xəbər verir ki, yanvar-fevral dövründə səhmlər və istiqrazlar üzər yerləşdirmə baş verməyib.

 

2019-cu ilin ilk 2 ayı ərzində ilkin korporativ qiymətli kağızlar bazarında 300 min manatlıq əqd bağlanmışdı. Bu əqd tamamilə səhm yerləşdirilməsi ilə bağlı olmuşdu.

 

2020-ci ilin yanvar-favral dövründə təkrar korporativ qiymətli kağızlar bazarında isə 404 milyon 353 min manat həcmində əməliyyat aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 dəfə çoxdur.

 

Təkrar korporativ qiymətli kağızlar bazarındakı 404 miylon 353 min manatlıq əməliyyatın 392 milyon 270 min manatı və ya 97%-i ipoteka istiqrazları ilə bağlı olub.

 

Dövlət qiymətli kağızlar bazarı tənəzzüldədir. Bu bazarın həcmi 5,8 dəfə azalaraq 2 milyard 605 milyon 82 min manatdan 450 milyon 206 min manata düşüb. Geriləmənin əsas səbəbi Mərkəzi Bankın notları üzrə yerləşdirmənin kəskin azalmasıdır.

 

Dövlət istiqrazları üzrə yerləşdirmə cüzi artıb. 

 

İlk 2 ayda ötən ilin analoji dövrü ilə müqayisədə dövlət istiqrazları üzrə repo əməliyyatlarının artması ilə əlaqədar olaraq cəmi repo əməliyyatları 3,8 dəfə artaraq 241 milyon 205 min manat təşkil edib.

 

Azərbaycanın kapital bazarları demək olar ki, dövlət qiymətli kağızlarından və İpoteka və Kredit Zəmanət Fondunun ipoteka istiqrazlarından ibarətdir. 

06.03.2020 08:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ