Azercell gəlirlərini və xalis mənfəətini açıqladı

“Azercell Telecom” MMC 2019-cu ili 101 milyon 178 min manat xalis mənfəət ilə başa vurub.

 

Marja xəbər verir ki, 2018-ci illə müqayisədə ötən il Azercell-in xalis mənfəəti cüzi artıb. Şirkət 2018-ci ili 100 milyon 235 min manat xalis mənfəət ilə bağlamışdı.

 

Ötən il Azercell-in cəmi gəlirləri 437 milyon 862 min manat, cəmi xərcləri isə 336 milyon 684 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə Şirkətin cəmi gəlirləri 421 milyon 939 min manat, cəmi  xərcləri 321 miylon 704 min manat təşkil etmişdi.

 

Qısası, 2018-ci illə müqayisədə 2019-cu ildə Azercell Telekom-un mobil rabitə xidmətlərindən gəliri 3.4%, xalis mənfəəti isə 0,9% artıb.

 

993 MİLYON MANATDAN ÇOX MƏNFƏƏT YIĞILIB

 

2019-cu ildə Azercell-in cəmi kapitalı ötən ilin xalis mənfəəti qədər artaraq 1 milyard 35 miylon 945 min manata çatıb.Cəmi kapitalın 993 milyon 854 min manatı bölüşdürülməmiş mənfəətdir.

 

 ŞİRKƏTİN BÖYÜKLİYÜ 1,1 MİLYARD MANATDAN ÇOXDUR

 

Ötən il Azeercell-in cəmi aktivləri 130 milyon 958 min manat və ya 12,7% artaraq ilin sonunda 1 milyard 162 milyon 841 min manata çatıb.

 

BORCLARI ARTIB

 

Ötən il Azərbaycanın ən böyük mobil rabitə operatorunun cəmi öhdəlikləri 29 milyon 780‬ min manat aratarq 126 miylon 896 min manata çatıb. O cümlədən, Şirkətin ticarət və digər kreditor borcları 65 milyon 131 min manatdan 87 milyon 368 min manata yüksəlib.

 

Qeyd edək ki, Azercell Telekom-un səhmdarı Azertel şirkətidir. Azertel şirkətinin əsas səhmdarı isə (51.3 faiz pay ilə) Azərbaycan Respublikasının tam dövlət mülkiyyətində olan "Azintelekom" şirkətidir.

6 Mart 2020 , 12:15   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin