Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Şənbə gününə olan hava proqnozu açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şənbə gününə olan hava proqnozu açıqlandı

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 7-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 11-14, Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək.

 

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 4-8, gündüz 15-20, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə isə Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

06.03.2020 09:35

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ