Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Aeroportda göstərilən xidmətlərin qiymətləri ilə bağlı TƏKLİF

iç səhifə xəbər başlığı altı (mobil)_31
Aeroportda göstərilən xidmətlərin qiymətləri ilə bağlı TƏKLİF

Hesablama Palatası (HP) dövlət vəsaitlərinin daha səmərəli istifadəsinin təmin olunması məqsədi ilə aeroport xidmətlərinin qiymətlərinin differensialaşdırılmasını təklif edir.

 

Palatadan verilən məlumata görə, aeroport xidmətləri, aeroportların uçuş zolaqları və qurğularının istismarı, hava gəmilərinə aviasiya və aeronaviqasiya xidmətləri, aviasiya təhlükəsizliyinin təmin edilməsi xidmətləri, eləcə də uçuşların təhlükəsizliyinin təmin olunması üçün hava gəmilərinə göstərilən texniki xidmətlər “Qiymətləri (tarifləri) dövlət tərəfindən təznimlənən malların (işlərin, xidmətlərin) siyahısı”na aid edilib.

 

HP tərəfindən kənar dövlət maliyyə nəzarəti çərçivəsində “Azərbaycan Hava Yolları” QSC-də aparılmış audit zamanı məlum olub ki, hava gəmilərinə aviasiya və aeroport xidmətləri göstərən müəssisələrin aeroport ərazisində təqdim etdikləri müxtəlif məzmunlu xidmətlərin qiymətləri illər üzrə artıb. Nəticə etibari ilə həmin istiqamətlər üzrə xərclərin ümumi gəlirdən çıxılan xərclərin əhəmiyyətli hissəsini təşkil edib. Bununla yanaşı, həmin təsərrüfat əməliyyatlarının “AZAL”ın balansında olan aktivlərdən (torpaq sahələrindən, binalardan, qurğulardan) istifadə olunmaqla həyata keçirilməsi qarşılılıqlı hesablaşmalarda nəzərə alınmayıb.

 

HP bunları nəzərə alaraq təklif edir ki, dövlət vəsaitlərinin daha səmərəli istifadəsinin təmin olunması məqsədi ilə aeroport ərazisində göstərilən xidmətlərin differensialaşdırılaraq qiymətlərinin qanunvericiliyin tələblərinə uyğun yuxarı həddinin müəyyənləşdirilməsi məqsədəuyğundur.

 

©Trend

11.04.2017 13:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ