Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycandakı şirkətlərin sayı açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandakı şirkətlərin sayı açıqlandı

2020-ci ilin mart ayının 1-nə respublika üzrə 1 milyon 70 min 492 vergi ödəyicisi uçotdadır. Onlardan 927 min 427-si və ya 86,6 faizi fiziki şəxs, 143 min 65-i və ya 13,4 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

 

Vergilər Nazirliyinin məlumatına görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 82 min 334 vahid artıb. Bunun 66 min 673-ü (80,9 faizi) fiziki şəxslərin, 15 min 661-i isə (19,1 faizi) hüquqi şəxslərin hesabına baş verib.

 

Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması əsasən (95,9 faiz) kommersiya qurumları hesabına mümkün olub.

 

Qeyri-kommersiya qurumlarının sayı isə ötən ilin fevral ayı ilə müqayisədə 640 vahid artaraq 15 min 538 vahid təşkil edib.

 

2020-ci ilin fevral ayında 1156 kommersiya qurumu qeydiyyata alınıb. Ötən ay 827 yerli investisiyalı qurum, 329 xarici investisiyalı kommersiya qurumu qeydiyyatdan keçib.

 

2020-ci ilin martın 1-nə qeydiyyatda olan kommersiya qurumlarının 39 min 463-ü xidmət, 36 min 171-i ticarət sektorunda fəaliyyət göstərib.

 

2020-ci ilin yanvar-fevral aylarında xidmət, ticarət və nəqliyyat sektorunda fəaliyyət göstərəcək hüquqi şəxslərin qeydiyyatda xüsusi çəkisi daha yüksək olub. Belə ki, xidmət sektorunda fəaliyyət göstərən hüquqi şəxslərin sayı 2020-ci ilin əvvəli ilə müqayisədə fevralda xüsusi çəkisi 41,3 faizə çatıb. Ticarət sektorunda bu göstərici 32,1 faizə, nəqliyyatda isə 2,4 faizə çatıb.

06.03.2020 12:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ