Ən yuxarı (mobil)-2_30

Tam yeni Land Rover Discovery Sport 2020 modelini təqdim edildi - QİYMƏTLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tam yeni Land Rover Discovery Sport 2020 modelini təqdim edildi - QİYMƏTLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Jaguar və Land Rover markalarının Azərbaycanda rəsmi nümayəndəsi “Avtolüks Azərbaycan” diler mərkəzinin fəaliyyətə başlamasının 1 illiyi astanasında Land Rover model cərgəsində kompakt və universal lüks SUV kimi mövqeləşən Tam Yeni Land Rover Discovery Sport 2020 modelini təqdim edib.

 

Təqdimat Buta Palace-da Azeri Business Award 2019 Milli mükafatlarının təqdimat mərasimində baş tutub.

 

Mərasimdə Land Rover model cərgəsinə aid başqa bir avtomobil Range Rover Velar isə ekspertlərin yekdil rəyinə əsasən “İlin Lüks Avtomobili” nominasiyası üzrə qalib elan edilib.

 

Rəsmi dilerin təmsilçisi təqdimat mərasimində Jaguar və Land Rover avtomobillərinə sahib olmaq istəyənlərə maraqlı olacaq daha bir məlumat açıqlayaraq bildirib ki, “Avtolüks Azərbaycan” Jaguar və Land Rover Rəsmi Satış və Servis Mərkəzinin Azərbaycanda fəaliyyətə başlamasının 1 illiyi münasibətilə bütün Jaguar və Land Rover modelləri üçün yeni və çox sərfəli qiymətlərlə satış kampaniyasına start verir.

 

İndi avtomobilsevərlər Land Rover modellərini 45.800 USD-dan, Jaguar modellərini isə 41.600 USD-dan başlayan qiymətlərlə əldə edə bilərlər. Avtomobillərə həmçinin 20% ilkin ödəniş, illik 12% olmaqla 4 ilədək kreditlə də sahib olmaq mümkündür.

 

Xatırladaq ki, 2012-ci ildən fəaliyyətə başlayan və ölkəmizdə Ferrari, Aston Martin, Lamborghini, Jeep, Dodge, Chrysler, Alfa Romeo, Abarth, Fiat və Fiat Professional kimi brendlərin rəsmi nümayəndəsi olan “Avtolüks Azərbaycan” MMC 2019-cu ilin mart ayından etibarən dünya şöhrətli Jaguar və Land Rover markalarının Azərbaycanda rəsmi distribüteridir. Jaguar və Land Rover brendlərinin təmsilçisi olaraq fəaliyyətinin 1 ili ərzində şirkət İstehsalçının xidmət standartlarına tam riayət etməklə peşəkar satış və servis komandası ilə müştərilərinə hər iki istiqamətdə üstün xidmət göstərməklə müştəri məmnuniyyətini ən yüksək səviyyədə təmin etməyi bacarıb. 

 

Ünvan: Bakı şəh., Aşıq Molla Cümə 42B

Telefon: 012 983 / 055 983 0 983

10.03.2020 06:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ