3-cü dəqiqədən sonra pulsuz danışacaqlar - YENİ TARİF

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti daha sərfəli YeniDoğma tarifini təqdim edir.

 

 Bu yeni tarifin istifadəçiləri şəbəkədaxili zənglərin 3-cü dəqiqəsindən sonra pulsuz danışacaqlar. Zənglərin ilk 3 dəqiqəsi zamanı isə bir dəqiqənin qiyməti 4 qəpik təşkil edir. Ölkədaxili digər zənglərin bir dəqiqəsinin qiyməti də həmçinin 4 qəpik təşkil edir.

 

Bu sərfəli tarifdən faydalanmaq üçün sadəcə olaraq *138#5#YES kodunu yığmaq və ya YeniDoğma tarifində olan yeni nömrə almaq yetərlidir. Bütün CIN və Klass tarifinin istifadəçiləri həmçinin bu təklifdən yararlana bilərlər.

 

Qeyd etmək lazımdır ki, pulsuz şəbəkədaxili danışıqlar zəngin 4-cü dəqiqəsindən 30-cu dəqiqəsinə qədər təqdim edilir və bu müddət bitdikdən sonra pulsuz danışığa davam etmək üçün abunəçinin balansından növbəti 3 dəqiqə zamanı vəsait çıxılır. Qiymətlər Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron yarımadasından kənar bölgələrdə qüvvədədir.

 

11 Aprel 2017, 16:41   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]