Pərviz Şahbazov Vyanada neft bazarını müzakirə edib
Vyanada səfərdə olan Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanının Energetika naziri şahzadə Əbdül Əziz bin Salman, OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo və Rusiya Federasiyasının Energetika naziri Aleksandr Novak ilə görüşlər keçirib.
Energetika Nazirliyinin yaydığı məlumata görə, Səudiyyə Ərəbistanının Energetika naziri şahzadə ilə görüşdə neftə tələbatı azaldan və qiymətə təsir edən amillər, o cümlədən koronavirusun iqtisadi inkişafı zəiflətməsi vəziyyətində neft bazarının tənzimlənməsi məsələləri müzakirə edilib. “OPEC plus” ölkələrinin neft bazarına növbəti dəstəyinin vacibliyi qeyd olunub.
Görüşdə, həmçinin ikitərəfli enerji əməkdaşlığına dair məsələlərə də toxunulub. 240 MVt gücündə külək enerjisi layihəsi üzrə Energetika Nazirliyi və “ACWA Power” şirkəti arasında imzalanmış İcra müqaviləsinin iki ölkə arasında enerji əməkdaşlığının inkişafında əhəmiyyətindən bəhs edilib. Nazir Əbdül Əziz bin Salman külək elektrik stansiyasının tikintisi ilə bağlı investisiya layihəsinin həyata keçirilməsi üçün “ACWA Power” ilə müvafiq müqavilələrin imzlanması mərasimində iştirakına razılıq verib.
OPEC-in Baş katibi və Rusiyanın Energetika naziri ilə görüşlərdə isə neft bazarının qısa və uzunmüddətli perspektivdə inkişafı nəzərdən keçirilib. Neftin qiymətində volatilliyin və tələb-təklif arasında fərqin azaldılması üçün hasilatın məhdudlaşdırılması təklifi üzrə fikir mübadiləsi aparılıb. Neft bazarının tənzimlənməsi baxımından OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlığın və öhdəliklərin icrasının zəruriliyi vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 14 saat əvvəl
-
16 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 18 saat əvvəl
-
18 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
19 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
22 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
22 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl