"Koronavirusun isti havada yoxa çıxacağı iddiası əsassızdır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Koronavirusun isti havada yoxa çıxacağı iddiası əsassızdır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Koronavirus isti havada da yayıla bilər. Virusun yayadək yayılmasının dayanması az ehtimal edilir”.

 

CNBC  xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə səhəsi üzrə fövqəladə vəziyyət proqramının direktoru Maykl Rayan İsveçrənin Cenevrə şəhərində keçirilən brifinqdə deyib.

 

“Biz qəbul etməliyik ki, virus yayda da yayılmaq qabiliyyətini itirməyəcək. Mövsümi qrip kimi koronavirusun da yayda yoxa çıxacağı iddiası əsassızdır. Biz ümid edirik ki, bu baş verəcək. Bu bizim üçün gözlənilməz uğur olardı, ancaq heç bir sübut olmadan indidən bununla bağlı fikir yürütmək istəmirik”, - direktor bildirib.

 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 97 ölkədə qeydə alınıb.

 

© Reprot

07.03.2020 08:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ