Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ

Hələdə çoxları “bu bir oyundur” deyərək Dolların ucuzlaşmasına inanmasalar da, Manat günbəgün dəyər qazanır. Son iki ayda Manat Dollar qarşısında rəsmi olaraq 11%, banklarda isə 17% bahalaşıb.

 

Reklam_3_11

- Səhər saat 09:20-də Mərkəzi Bank Aprelin 11-nə USD/AZN rəsmi məzənnəsini 1.7031 manat səviyyəsində açıqladı.

 

- Saat 09:30-dan başlayaraq banklarda Dolların alış və satış qiymətlərinin düşdüyü müşahidə olundu.  Dolların satış qiyməti 1.65 manatadək düşdü.

 

-Saat 12:00-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirildi. Hərracda manatın orta çəkili məzənnəsi 1,7029  manat səviyyəsində formalaşdı. Başqa sözlə, hərracda Manat Dollar qarşısında cüzi  möhkəmləndi.

 

- Hərracdan sonra da banklarda Dolların düşdüyü müşahidə olundu.  Dolların banklarda alış qiyməti 1.60 manatdək, satış qiyməti 1.6480  manatadək düşdü. Axşam saatlarında bəzi banklar dolların alış və satış qiymətini cüzi qaldırdılar. Bu hərracda Manatın güclənməsi sürətinin aşağı düşməsilə bağlı idi.

 

UNİBANK MOBİLE - BANKDAN DAHA YAXIN

 

 - Axşam saat 17:05-də Mərkəzi Bank 12.04.2017-cı il tarixinə USD/AZN rəsmi məzənnəsinin 1,7029 səviyyəsində müəyyən olunduğunu açıqladı. Bu hərracdakı orta çəkili məzənnə ilə eynidir.

 

Qeyd  edək, Mərkəzi Bank depozit hərracları və notların yerləşdirilməsi ilə izafi manat kütləsini dövriyyədən çıxardır. Manatın qıtlaşması Dollar alışını da məhdudlaşdırır (tələbi azaldır) və bu da Dolların qalxmasının qarşısını alır. Digər tərəfdən, neft bahalaşır, Azərbaycanın ixracı artır, idxalı isə azalır, valyuta ehtiyatlarımız artır və s.

  

Əlavə edək ki, Fevralın 1-də Dollar/Manat rəsmi məzənnəsi 1.92 manat səviyyəsinə çıxmışdı. Həmin gün bəzi banklar Dolları 1.94-1.95 manata alıb, 1.99 manatdan baha satırdılar.

 

ÖDƏNİŞSİZ FOREX SEMİNARINA QATILIN!

11.04.2017 18:23

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ