ƏDV-dən 20 faiz tutulub, iki nazirliyə veriləcək
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
"Marja" xəbər verir ki, bundan əvvəl qaydalarda göstərilmişdi ki, operatorun göstərdiyi xidmətlərə görə alıcıya ödəniləcək ƏDV məbləğindən 20 faiz həcmində xidmət haqqı tutulur. Xidmət haqqı vergi orqanlarının büdcədənkənar gəlirlərinə aid edilməklə, nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün istifadə edilir. Operatorun səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.
Qaydalara edilən dəyişikliyə görə, xidmət haqqının 50 faizi vergi orqanlarının büdcədənkənar gəlirlərinə aid edilməklə nəzərdə tutulan tədbirlərin, 50 faizi isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin büdcədənkənar gəlirlərinə aid edilməklə, ticarət festivallarının təşkili ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün istifadə edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
3 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"2024-cü ildə mənfəəti minimun 20% artırmağı planlaşdırırıq"
-
5 saat əvvəl
“AvtoVAZ” Azərbaycanda “Lada” avtomobillərinin yığılmasına başlayıb