“Bakı Fond Birjası”nın komitə və komissiyaları yenidən formalaşdırılıb

“Bakı Fond Birjası” QSC-nin (BFB) Listinq Komitəsinin üzvü olan Müseyib Mehdiyev Komitənin sədri seçilib.

 

Bu barədə Birjaya istinadən xəbər verilir.

 

Məlumata görə, Listinq Komitəsinin tərkibi də yenilənib. Belə ki, Mətin Yolçiyev və İbrahim Mustafayev Komitə üzvlüyündən azad ediliblər, onların yerinə Urfan İbrahimov, Könül İbrahimova və Rüstəm Kiyamov seçilib, Murad Yəhyayev isə üzv olaraq qalıblar.

 

Bundan başqa, BFB-nin Mübahisələrin həll edilməsi Komissiyasının tərkibinə yenidən baxılıb. Belə ki, indiyə qədər Komissiyanın üzvü olan Seyid Həsənov və Müseyib Mehdiyev vəzifələrindən azad edilib, onların yerinə Əli Hüseynli və Ləman Qurbanova seçilib.

 

BFB-nin Üzvlük Komissiyasında da dəyişikliklər olub. Belə ki, Komissiyaya sədrlik edən Mətin Yolçiyev İbrahim Mustafayevlə əvəz edilib, indiyə qədər Komissiyanın üzvləri olan Murad Yəhyayev və Urfan İbrahimov vəzifələrindən azad edilib, onların yerinə Ayan Rzayeva seçilib, Vilenskiy Vladislav isə üzv olaraq qalıb. 

 

© Report

10 Mart 2020 , 12:54   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin