Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Şimali Koreya bəlasını axtarır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Şimali Koreya bəlasını axtarır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Trump, səhər saatlarında Twitter hesabından paylaşdığı iki mesajda, Çin rəhbərliyinə "Şimali Koreya problemini həll etmək" çağırışını edib, Pyongyang rəhbərliyini isə təhdid edib.

 

“Marja” xəbər verir ki, ABŞ Prezidenti ilk paylaşımında, keçən həftə Çin-ABŞ zirvəsi üçün ölkəsində qəbul etdiyi Çin dövlət başçısı Şi Cinping-ə Pekinin Şimali Koreya problemini həll etməsi halında iki ölkə arasında ticari əlaqələrin özləri (Çin) baxımından çox avantajlı ola biləcəyini söylədiyini yazıb.

 

Trump, "Şimali Koreya bəlasını axtarır" sözləri ilə başladığı ikinci payalaşımını isə bu ifadələrlə davam etdirib: "Əgər Çin bu məsələdə bizə kömək etsə, nə əla olar. Etməsə biz bu işi özümüz həll edə bilək".

 

Donald Trump, Şi ilə görüşündən əvvəl də beynəlxalq mətbuat orqanlarına verdiyi açıqlamalarda oxşar mesajlar vermişdi. ABŞ Prezidenti, paylaşımlarında Şimali Koreyanın yaratdığı nüvə təhdidin qarşısının alınması üçün Çinin ölkə üzərindəki iqtisadi və siyasi nüfuzunu daha çox istifadə etməsi lazım olduğunu vurğulamış, əks təqdirdə ABŞ-ın məsələnin həlli üçün tək tərəfli hərəkət edə biləcəyinə işarə etmişdi.

11.04.2017 16:46

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ