Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Sərnişini sürükləyərək təyyarədən çıxardı, səhmləri sərt düşdü

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sərnişini sürükləyərək təyyarədən çıxardı, səhmləri sərt düşdü
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın "United Airlines" şirkəti, təhlükəsizlik əməkdaşlarının çox rezervasiya edilmiş bir təyyarədə sərnişinlərdən birini sürükləyərək təyyarədən çıxarması səbəbilə böyük reaksiya ilə qarşılaşıb. 

"Marja" xəbər verir ki, dünən gecədən bu yana bütün media saytlarında və sosial mediada gündəm olan görüntülərdə, qışqıraraq etiraz edən sərnişin Çikaqodan Kentukki ştatındakı Louisvilleyə gedəcək təyyarədən zorla endirilir.
 


Görüntülərdə sərnişinin ağzından qan sızdığı və eynəyinin düşdüyü və köynəyinin yuxarı qədər sıyrıldığı görünür. Video sosial mediada böyük reaksiyaya səbəb olub.

 

 "United" hava yolu şirkəti bir ay ərzində ikinci dəfədir sərnişinlərinə pis davranır.  "United Airlines" bundan əvvəl də ABŞ-da iki qız uşağını su keçirməz parçadan paltar geyindiyi səbəbilə də təyyarəyə buraxmamışdı.


 
 REAKSİYA BÖYÜDÜ, SƏHMLƏRİ UCUZLAŞDI


 
Baş verən bu hadisələrdən sonra "United Airlines"in səhmləri günə kəskin azalma ilə başlayıb. Səhmlər 3.4 faiz azalma ilə 69.12 dollara geriləyib.


 
Əslində görüntülər ilk olaraq dünən yayılmışdı, lakin səhmlər mənfi təsirlənməmiş və günü 0.9 faiz artımla başa vurmuşdu. Ancaq bu gün dünyanın hər tərəfinə yayılan reaksiyalar, şirkətə qarşı irqçilik ittihamları və boykot təhdidlərindən sonra səhmlər də sərt bir şəkildə düşüb.


 
 "United Airlines" səhmlərinin qiyməti hələ də 28 Fevralda gördüyü 74.09 dollarlıq tarixi zirvəsinə yaxın hərəkət edir.

 

11.04.2017 16:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ