Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Biz gəlirik, siz evdə qalın” – İrşad Electronics-dən tənha yaşlılara dəstək

Sosial kampaniya 300 nəfər yaşlı tənha insanın gündəlik ehtiyaclarını qarşılamağa yönəlib
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Biz gəlirik, siz evdə qalın” – İrşad Electronics-dən tənha yaşlılara dəstək

(®) “Bizim əlimizdən tutdunuz, yeriməyi, yüyürməyi öyrətdiniz, həyatı öyrətdiniz, insanlığı öyrətdiniz. İndi bizim sizin əlinizdən tutmağımızın vaxtıdır. İndi insanlıq vaxtıdır”, – İrşad Electronics pandemiya dövründə yaşlıların qorunması üçün sosial kampaniyaya bu düşüncə ilə yola çıxdığını bəyan edib.

Sosial kampaniya 300 nəfər yaşlı tənha insanın gündəlik ehtiyaclarını qarşılamağa yönəlib. Kampaniyanın əhatə edəcəyi insanlar Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) ilə birgə müəyyənləşdiriləcək.

Reklam_3_11

“Cəmiyyətimizdə yaşca böyük insanlara hər zaman böyük hörmət və qayğı olub. Təbii ki, bu mədəniyyəti də bizə yaşca böyüklərimiz aşılayıb. Üzərimizdə çəkdikləri əziyyəti heç nə ilə ödəyə bilməsək də,  sevildiklərini hiss etdirmək üçün hər birimiz səmimi qəlbdən bu aksiyaya qoşulmalıyıq” – şirkət sosial şəbəkədə kampaniya barədə anonsunda qeyd edib.

İrşad Electronics Koronavirusa qarşı Mübarizə Fonduna 30 min manat vəsait köçürməsi ilə yanaşı,  ölkə üzrə 30-dan artıq mağazasının fəaliyyətini müvəqqəti dayandırıb, satışların sayt üzərindən elektron qaydada təşkilini və ofis əməkdaşlarının evdən çalışmasını təmin edib, müştərilərinin aprel ayı üzrə kredit ödənişlərini 1 ay ertələyib.

 

İrşad elektronics
01.04.2020 20:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ