Xəzinə daha 10 milyon manat borc aldı

10 mart 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104003774 ISIN-li, 10 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

 

Bakı Fond Birjasından Marja-ya daxil olmuş məlumata görə, hərrac zamanı 4 investor tərəfindən qiyməti intervalı 92.2055 AZN (8.4999%) və 93.3006 AZN (7.2200%) olan 8 sifariş təqdim edilmişdir.

 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.6387 AZN (7.9900%), orta ölçülmüş qiyməti 93.1014  AZN (7.4505%) müəyyən edilmişdir.

 

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 26 milyon 768 min manat yerləşdirilmiş həcmi isə 10 milyon manat təşkil edilmişdir.

 

İstiqrazların ödəmə tarixi  9 mart 2021-ci  il.

 

Hərrac iştirakçıları 11 mart 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

10 Mart 2020 , 16:51   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin