Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Qala"ların vəziyyətləri məlum oldu

"Qala Həyat Sığorta"nın xalis mənfəəti 55%, "Qala Sığorta"nın isə18% artıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Qala"ların vəziyyətləri məlum oldu
Marja.az portalının arxivi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Qala Həyat Sığorta" ASC 2019-cu ili 2 milyon 21 min manat mənfəətlə xalis başa vurub. Şirkətin maliyyə hesabatına görə, bu, 2018-ci ilə nisbətən 55,2% çoxdur.

Ötən il "Qala Həyat Sığorta"nın gəlirləri 18 milyon 189 min manat (illik müqayisədə 21,7% az), xərcləri 14 milyon 915 min manat (29,5% az), mənfəət vergisi ödəmələri isə 652 min manat (70,1% çox) təşkil edib.

Reklam_3_11

Bu il yanvarın 1-nə “Qala Həyat Sığorta”nın aktivləri 35 milyon 892 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,9% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 27,2% azalaraq 12 milyon 403 min manata düşüb, balans kapitalı isə 13,5% artaraq 23 milyon 489 min manata, o cümlədən nizamnamə kapitalı 1,3% artaraq 13 milyon 42 min manata çatıb.

Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Şirkətin səhmdarları "AzRe Təkrarsığorta" ASC və “Quna" MMC-dir. 

 

"Qala Sığorta"nın xalis mənfəəti 18% artıb

"Qala Sığorta" ASC 2019-cu ili 1 milyon 338 min manat mənfəətlə xalis başa vurub. Bu, 2018-ci ilə nisbətən 18,1% çoxdur.

Ötən il "Qala Sığorta"nın gəlirləri 31 milyon 22 min manat (illik müqayisədə 45,9% çox), xərcləri 29 milyon 317 min manat (47% çox), mənfəət vergisi ödəmələri isə 367 min manat (96,1% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Qala Sığorta”nın aktivləri 31 milyon 548 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 54,55% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 81,6% artaraq 21 milyon 804 min  manata, balans kapitalı isə 15,9% artaraq 9 milyon 744 min manata çatıb.

Xatırladaq ki, "Qala Sığorta" 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 8,05 milyon manatdır. Şirkətin səhmləri 100% "AzReTəkrarsığorta" ASC-yə məxsusdur. 

02.04.2020 08:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ