Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neftin qiymətilə bağlı proqnozlar pisləşdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neftin qiymətilə bağlı proqnozlar pisləşdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) bu il və gələn il üçün neft qiymətləri proqnozunu aşağı salıb.


 
"Marja" xəbər verir ki,  EIA-nın aprel ayı hesabatında, ABŞ-ın xam neft istehsalındakı artımın və qlobal neft təklifindəki yüksəlişin daha sürətli olmasının gözlədiyinə işarə edilib və bu səbəblə 2017 və 2018 illəriə  dair neft qiymətləri proqnozunun aşağı salındığı bildirilib.


 
Hesabatda ABŞ-ın Qərbi Texas (WTI) növü xam neftinin orta hesabla barrel qiymətinin bu il 52 dollar olmasının gözləndiyi,  Brent tipli xam neftin orta hesabla barrel qiymətinin bu il 54 dollar olmasının nəzərdə tutulduğu məlumatına yer verilib.


 
EIA, keçən ay yaydığı hesabatında, WTI növü xam neftin builki orta hesabla barrel qiymətinin 54 dollar, Brent tipi xam neftin builki orta hesabla barrel qiymətini də 55 dollar olaraq təxmin edildiyini bildirmişdi.


 
Gələn ilə dair WTI növü xam neftin barrel qiyməti proqnozunu 56 dollardan 55 dollara salınıb,  Brent tipli xam neftin barrel qiyməti proqnozu isə 57 dollarda sabit saxlanılıb.


 
EIA, həmçinin, aprel ayı hesabatında ABŞ-ın 2017-ci ildə xam neft hasilatı proqnozunu gündəlik orta hesabla 9,2 milyon barreldə sabit saxlayıb, 2018-ci il xam neft istehsal proqnozunu isə artırdığını açıqlayıb. ABŞ-ın gələn ilki xam neft istehsalı gözləntisi gündəlik orta hesabla 9,7 milyon bareldən orta hesabla 9,9 milyon barelə qaldırılıb.


 
Qlobal neft hasilatına dair proqnozunu da dəyişən EIA, dünya üzrə neft hasilatının bu il gündəlik orta hesabla 98,2 milyon barel əvəzinə 98,3 milyon barel və gələn il də gündəlik orta hesabla 99,9 milyon barel əvəzinə 100,2 milyon barel olacağını ehtimal edir.

 

ONLAYN AVİABİLET AL – WWW.SAFAR.AZ

12.04.2017 04:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ