Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Meyvəli” Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul ayırdı - MƏBLƏĞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Meyvəli” Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul ayırdı - MƏBLƏĞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Meyvə-tərəvəzlərin topdan və pərakəndə satışı sahəsində müasir standartlara cavab verən “Meyvəli” MMC korporativ sosial məsuliyyət çərçivəsində koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə üçün ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.

Qeyd edək ki, “Meyvəli” MMC prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 min manat məbləğində vəsait ayırıb.

Reklam_3_11

Şirkətin baş direktoru Əbülfət Qocayev bildirib ki, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına təsirini məhdudlaşdırmaq istiqamətində dövlətin səylərini daim dəstəkləyirik. Direktor onu da əlavə edib ki, virusa yoluxma hallarının qarşısını almaq məqsədilə “Meyvəli” MMC-nın ərazisində mütəmadi olaraq dezinfeksiya işləri davam etdirilir və profilaktik tədbirlər görülür.

Meyvəli MMC-nin əsas yaranma məqsədi Azərbaycan Respublikasında ölkə əhalisinin tələblərinə cavab verməklə yerli fermerlərin kənd təsərrüfatı məhsullarını keyfiyyətli və rahat şəkildə yerli bazara çıxarılmasını təmin etməkdir. Bunun üçün Meyvəli Bakı şəhərnin girişində yerləşməklə ölkənin hər bir istiqamətindən gətirilən kənd təsərrüfatı məhsullarının rahat şəkildə paytaxta gətirilməsinə şərait yaratmışdır.

Meyvəli nəinki regionda və hətta MDB məkanında analoqu olmayan meyvə-tərəvəz bazası olmaqla ölkənin inkişaf tempinə öz dəstəyi və əhalinin rifahının yaxşılaşdırılması və yeni iş yerlərinin açılması baxımından da öz əvəzedilməz tövhəsini vermişdir.

02.04.2020 19:07

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ