Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Abşeron Logistika Mərkəzi koronavirusla mübarizəyə vəsait ayırdı - MƏBLƏĞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Abşeron Logistika Mərkəzi koronavirusla mübarizəyə vəsait ayırdı - MƏBLƏĞ

Abşeron Logistika Mərkəzi koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, ölkə iqtisadiyyatına vurduğu mənfi təsiri azaltmaq məqsədilə dövlət tərəfindən hayata keçirilən tədbirləri tam dəstəkləyərək bu istiqamətdə təşəbbüslərini davam etdirir.

Bununla bağlı olaraq, Abşeron Logistika Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait ayırıb.

“Covid-19 ilə mübarizə istiqamətində ölkə rəhbərliyinin və hökumətin atdığı addımları dəstəkləməyi öz vəzifəmiz hesab edirik. Birlik nümayiş etdirməklə hər bir şeyin öhdəsindən gələ bilərik və bunun üçün əlimizdən gələni etməyə hazırıq”, - deyə mərkəzin  baş direktoru Ziya Ağayev bildirib.

Bundan başqa, profilaktik tədbirlər çərçivəsində Abşeron Logistika Mərkəzində koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər də davam etdirilir. Şirkət əməkdaşlarının və müştərilərin sağlamlığını təmin etmək məqsədilə mərkəzin bütün giriş-çıxış hissələrində mütləq şəkildə istifadə üçün dezinfeksiyaedici məhlullar qoyulub, tibbi maskalar paylanıb. Eyni zamanda, inzibati binada və ərazidə məlumatlandırıcı lövhələr yerləşdirilib. Bütün təmas olunan hissələr mütəmadi şəkildə dezinfeksiya edilir.

02.04.2020 19:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ