Azərbaycanda şirkət 100 min manat cərimələndi

asamal Rayon Məhkəməsi “Scandens Pharmaceutical İndustries LTD” MMC-nin 53 747 avro cərimə edilməsi (təxminən 100 min manat) barədə qərar çıxarıb.

 

Xəbərə görə, Mərkəzi Bank şirkət barəsində valyuta tənzimi qaydalarını pozulmasına görə inzibati protokol tərtib edib.

 

Məhkəmə protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilib.

 

Qərardan verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılır.

 

Qeyd edək ki, 2016-cı ilin iyulunda Azərbaycanda yaradılan “Scandens Pharmaceuticals İndustries Ltd” MMC tərəfindən 2017-ci ildə Azərbaycanda bərk formalı dərman vasitələrini hazırlayacaq birinci əczaçılıq zavodunun təməli qoyulub. 

 

© Report

11 Mart 2020 , 10:54   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin