Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Transxəzər Nəqliyyat Marşrutuna dair protokol imzalanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Transxəzər Nəqliyyat Marşrutuna dair protokol imzalanıb

Kiyevdə Azərbaycan,  Ukrayna, Qazaxıstan və Gürcüstan dəmiryolçularının iştirakı ilə  dördtərəfli görüş keçirilib.

 

Reklam_3_11

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın verdiyi məlumata görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Ukrayna Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədri Voytsex Balçun, “Qazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Kanat Alpısbayev və “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze iştirak ediblər.

 

Tədbirdə ölkələr arası yük axınının artırılması, həmçinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun (BTNM) səmərəli istifadəsi müzakirə olunub. Avrasiyada perspektiv nəqliyyat dəhlizlərindən biri kimi BTNM-in vacibliyi qeyd olunub. Eyni zamanda bu dəhlizin potensialından istifadə edilməsinin, bu istiqamətə yük axınının cəlb edilməsinin zəruriliyi vurğulanıb. Tərəflər BTNM-in Avropa İttifaqı ölkələrinə çıxışı üçün əməkdaşlıq coğrafiyasının genişləndirilməsi üzrə işlərin davam etdirilməsi məsələsində razılığa gəliblər. Nəqliyyat istifadəçiləri üçün maksimal dərəcədə əlverişli şəraitin yaradılması bu sahədə səmərəliliyin və rəqabətə dayanıqlılığın yüksəlməsini təmin edəcək. Buraya yük daşıyıcılarına göstərilən xidmətlərin “bir pəncərə” rejimində təqdim olunması, onlara edilən təkliflər spektrinin genişləndirilməsi, yük daşımalarında məcburi prosedurların optimallaşdırılması və unifikasiyası kimi məsələlər aiddir.

 

Görüşdə BTNM infrastrukturunun inkişafı, eləcə də “Cənub-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri  üzrə tranzit yük axınının artırılması məsələləri müzakirə olunub.  Bildirilib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi əsasən Hindistandan və İran Körfəzi regionundan, yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Bu dəhlizin  digər marşrutlarla müqayisədə əsas üstünlüyü isə tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir.

 

Görüşün yekununa dair müvafiq Protokol imzalanıb. Eyni zamanda nümayəndə heyətlərinin rəhbərləri səfər çərçivəsində  Ukraynanın baş naziri Vladimir Qroysmanla görüşüblər.

12.04.2017 04:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ