Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Tramp: Səudiyyə və Rusiya neft istehsalını azaldacaq

ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanı və Rusiyanın neft istehsalını 10 milyon barel azaldacaqlarını gözlədiyini söyləyib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp: Səudiyyə və Rusiya neft istehsalını azaldacaq

ABŞ Prezidenti Donald Tramp, Cümə axşamı günü Səudiyyə Ərəbistanı Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman ilə telefon danışığının ardından, Səudiyyə Ərəbistanı və Rusiyanın neft istehsalını təxminən 10 milyon barel azaldacaqlarını gözlədiyini bildirib.

Marja xəbər verir ki, Tramp, sosial media platforması Twitter yolu ilə etdiyi açıqlamasında, söz mövzusu hasilat azaldılması miqdarının gündəlik olub olmadığını qeyd etməyib. Tramp, Şahzadə Məhəmmədin Rusiya Prezidenti Putin ilə qiymət müharibəsi mövzusunu danışdığını bildirib. 

Tramp, sonrakı "twee"tində istehsalın azaldılmasının "15 milyon barelə qədər qalxa biləcəyini" ifadə edib.

Tramp, "Hər kəs üçün şad xəbər" yazıb.


Rusiya Prezidenti Putinin spikeri Dmitry Peskov, Rusiya Prezidentinin vəliəhd şahzadə ilə danışmadığını söyləyib.


Səudiyyə Ərəbistanının dövlət mediasına görə, Səudiyyə Ərəbistanı Neft İxrac edən Ölkələr Təşkilatını (OPEC) və təşkilata üzv olmayab ölkələri "təcili yığıncağa" çağırıb. 

Xam neft qiymətləri Trampın açıqlamasından və təcili yığıncaq çağırışından sonra 35%-ə qədər yüksəlib.

Əgər Trampın bəhs etdiyi 10 milyon barellik azaltma günlük əsasda ediləcəksə, bu, Moskva və Riyadın istehsallarını təxminən  45% azaltmaları mənasını verir. Daha əvvəl görülməmiş olan bu miqdar bazarlarda şübhə ilə qarşılanıb.

03.04.2020 07:28

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ