Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Səudiyyə Ərəbistanından təcili yığıncaq çağırışı - NEFT KƏSKİN BAHALAŞDI

Brent neftinin qiyməti 20% bahalaşma ilə 30,75 dolları görüb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Səudiyyə Ərəbistanından təcili yığıncaq çağırışı - NEFT KƏSKİN BAHALAŞDI

Səudiyyə Ərəbistanı, Neft İxrac edən Ölkələr Təşkilatını (OPEC) və OPEC-ə üzv olmayan neft istehsalçısı ölkələri "ədalətli bir razılaşma" təmin edilməsi üçün təcili yığıncağa çağırıb.

Marja Səudiyyə Ərəbistanının xəbər agentliyi SPA-ya istinadən xəbər verir ki, neft bazarındakı tarazlığın yenidən təmin edilməsi üçün ədalətli bir razılaşma olmalıdır.

Çağırışın,Səudiyyə Ərəbistanının bu fövqəladə vəziyyətdə qlobal iqtisadiyyatı dəstəkləmək məqsədilə davam edən səyləri çərçivəsində və ABŞ Prezidenti Donald Trampın xahişinə görə edildiyi qeyd edilib.

Xəbərin artından neft qiymətləri kəskin yüksəlib. Brent neftinin qiyməti 20% bahalaşma ilə 30,75 dolları görüb.

ABŞ xam nefti isə 18% bahalaşaraq 25 dollara yüksəlib.

OPEC ilə Rusiya liderliyindəki neft hasilatının azaldılması razılaşması dünən sona çatmışdır.

Tramp, bu gün sosial media hesabından etdiyi açıqlamada, Rusiya və Səudiyyə Ərəbistanı liderləri ilə danışdığını bildirərək, neft sənayesi üçün hər iki ölkənin xam neft istehsallarını azaldacaqlarını gözlədiyini açıqlamışdı.

03.04.2020 07:29

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ