Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan neft bazarı barədə mövqeyini açıqladı

Azərbaycan OPEC və qeyri-OPEC ölkələrinin görüşünə qatılacaq​
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan neft bazarı barədə mövqeyini açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan neft bazarının sabitləşdirilməsi məqsədilə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında planlaşdırılan görüşünə qatılaraq, neft bazarının qlobal şəkildə tənzimlənməsi prosesinə töhfə verməyə hazırdır.   

Marja xəbər verir ki, bu, Energetika Nazirliyinin yaydığı məlumatda deyilir. 

Reklam_3_11

Məlumatda bildirilir ki, dünya neft bazarı hazırda iqtisadi aktivliyin zəifləməsi ilə əlaqədar neftə qlobal tələbatın kəskin azalması və neft ehtiyatlarının artmasının yaratdığı çətinliklərlə üzləşib. Belə ki, neftə qlobal tələbin azalması, təxminən, gündəlik 10-15 milyon barrel civarında qiymətləndirilir. Ay ərzində gündəlik tələbatın 20 milyon barrelədək azalacağı, tədarük profisti ilə əlaqədar yaxın aylarda neft anbarlarının tamamilə dolacağı proqnozlaşdırılır. Belə bir vəziyyətdə “OPEC plus” formatında müzakirələrin bərpası və tənzimləmə mexanizminə qayıtma qlobal neft bazarı üçün mühüm əhəmiyyət daşıyır. Hesab edirik ki, neft istehsalçılarının həmrəyliyi, əməkdaşlığı neft bazarının iqtisadi amillərlə dəstəklənmədiyi situasiyada yeganə həll yoludur. 

"Biz indi neft bazarının tənzimlənməsi prosesində yeni bir mərhələnin başlanğıcındayıq. Hazırkı problemlər yalnız “OPEC plus” ölkələrinə deyil, bu formatdan kənar ölkələrə də mənfi təsir edir. Ona görə də hesab edirik ki, neft bazarında tədricən balansın yaradılması üçün “OPEC plus” formatından kənar ölkələr də bu prosesdə iştirak etməlidir. OPEC və digər qeyri-OPEC ölkələrinin geniş formatda əməkdaşlığı baş tutarsa, tarixdə ilk dəfə olaraq yeni bir nizamlama modeli formalaşar, neft bazarında daha effektli və ədalətli tənzimlənmə mexanizmi yarana bilər. Neft bazarında tarazlıq və qiymət sabitliyi əldə edilər.  

Ümid edirik ki, “OPEC plus” ölkələri bu nadir fürsəti mühüm qərara çevirəcək addımlar atacaq. Azərbaycan da indiyə kimi “OPEC plus” formatının yaradılması və qərarlarının icrasında mühüm rol oynamış ölkə kimi neft bazarının tənzimlənməsi prosesinə bundan sonra da dəstək verməyə, yeni öhdəliklər götürməyə hazırdır. Eyni zamanda, Azərbaycan bütün neft ölkələrini qarşıdakı görüşdə vahid mövqedən çıx;ş edərək, neft bazarına birgə dəstək verməyə çağırır.",- məlumatda deyilir.

04.04.2020 13:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ